Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı - FOTO
    • 24-07-2019, 10:23
    • 1 495

Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı - FOTO

Bakının əsas prospektlərinin birində qəza baş verib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Koroğlu metrostansiyası istiqamətində Əhməd Rəcəbli küçəsinin kəsişməsində baş verən qəza yolda avtomobillərin hərəkətində problemlər yaradıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qəza səbəbindən hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.