Bakıda ağır yol qəzası - Yaralananlar var
    • 29-07-2019, 09:27
    • 957

Bakıda ağır yol qəzası - Yaralananlar var

Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.v Mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,

hadisə ilə bağlı saat 7:42-də təcili yardıma zəng daxil olub.

Hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin bildirdiyinə görə yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.