Əmisi oğlunun avtomobilini oğurladı, qəza törətdi

Əmisi oğlunun avtomobilini oğurladı, qəza törətdi
HADİSƏ / Foto

29 iyul 2019, 13:29

Mətn ölçüsü

Lerik rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayon sakini Ramin Şahiyev Lerik Polis Şöbəsinə məlumat verərək bildirib ki, mülkiyyətində olan 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin avtomobil sahibinin əmisi oğlu əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə  Qaradağ rayonunda saxlanılıb.

Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi ilə qəza da törədib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.