142 çətənə kolu aşkar edildi - Ağstafada
    • 31-07-2019, 14:39
    • 2 235

142 çətənə kolu aşkar edildi - Ağstafada

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 142 çətənə kolu aşkar edilib.

DİN-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aşağı Göycəli kənd sakini H.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbə sakini N.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 134 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə sakini K.Yusupova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.