Bakı sakinindən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb
    • 31-07-2019, 15:22
    • 1 003

Bakı sakinindən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iyulun 29-da Bakı şəhər sakini Z. Paşayevdən 8 ədəd 500 avroluq saxta əskinas götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görülmüş tədbirlərlə Z. Paşayevə həmin əskinasları vermiş bir əcnəbi vətəndaş saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.