Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb - VİDEO
    • 3-08-2019, 10:32
    • 1 855

Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb - VİDEO

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır  qiymətləndirilir./report/