Binədə mağazadan OĞURLUQ - 3 nəfər saxlanıldı
    • 3-08-2019, 13:08
    • 742

Binədə mağazadan OĞURLUQ - 3 nəfər saxlanıldı

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan Polis Bölməsinin əməkdaşları cinayətkarlıqla qətiyyətli mübarizə aparırlar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib. 

Dərhal müvafiq araşdırmalar aparılmışdır.“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev saxlanılıblar. 

Araşdırma aparılır.