Kürdəmirdə avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNDİ

Kürdəmirdə avtomobil qəzası baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNDİ
HADİSƏ

03 avqust 2019, 13:57

Mətn ölçüsü

Kürdəmir rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Bunlar Bakı şəhər sakinləri - sürücü, 1971-ci təvəllüdlü Cavadova Kəmalə Balaca qızı, sərnişinlər - 1964-cü il təvəllüdlü Cəfərova Raya, 1998-ci il təvəllüdlü Bədəlova Aytac Nahid qızı və 2004-cü il təvəllüdlü Cəfərova Gülnur Azər qızıdır. Yaralılar müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. /report/

***13:17
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.