2 gün əvvəl qəzaya düşmüşdü - Öldü

2 gün əvvəl qəzaya düşmüşdü - Öldü Hadisə

Zərdabda 2 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

News24.az xəbər verir ki, rayon sakini Ülvi Azəri müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, sentyabrın 23-də rayon ərazisində Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Ü. Azərinin idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az