Külək, niyə belə əsirsən KÜLƏK... - FOTO - VİDEOREPORTAJ
    • 5-08-2019, 17:18
    • 2 664

Külək, niyə belə əsirsən KÜLƏK... - FOTO - VİDEOREPORTAJ

Bu gün Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib. 

News24.az paytaxtın əsasən mərkəz hissəsində güclü küləyi əks etdirən video və fotolar hazırlayıb. 

Videoda Bakıda əsən güclü külək nəticəsində qırılan ağaclar, insanların çətinliklə hərəkət etmələri əks olunub. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

O da bildirilir ki, paytaxtda başlayan güclü külək 8 ağacı kökündən çıxarıb. Hazırda küləyin sürəti 35 m/s-i keçib. Bu da Bakı üçün fırtına deməkdir. 
Hazırda güclü küləyə görə 30-dan çox ağac aşıb. 4 və 5 rayonda maşının üstünə düşən xeyli ağaclar var. Ən çox isə Nəsimi, Yasamal və Nərimanovda bu hadisələrə rast gəlinib.

Video və Fotoların müəllifi Fərid Şabanov