15 min manat dəyərində telefon OĞURLANDI - BAKIDA
    • 6-08-2019, 12:31
    • 1 225

15 min manat dəyərində telefon OĞURLANDI - BAKIDA

Bakıda mağazadan 15 min manat dəyərində mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14 432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.