Lənkəranda 5 ədəd tank əleyhinə MİNA AŞKARLANDI
    • 6-08-2019, 17:40
    • 932

Lənkəranda 5 ədəd tank əleyhinə MİNA AŞKARLANDI

Bu gün Dövlət Sərhəd Xidmətindən (DSX) ANAMA-ya Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub. 
Bu barədə News24.az-a  ANAMA-dan məlumat verilib. 

Bildirilib ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nın əməkdaşları dərhal həmin əraziyə göndərilib. ANAMA-nın mütəxəssisləri və DSX-nın əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. 
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tank əleyhinə mina aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb. 
Minaların ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.