Gürcüstan vətəndaşı Azərbaycan sərhədini pozmaq istədi
    • 8-08-2019, 09:51
    • 974

Gürcüstan vətəndaşı Azərbaycan sərhədini pozmaq istədi

Dövlət Sərhəd Xidməti tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

News24.az
Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 07 avqust tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.