4 yaşlı uşaq eyvandan yıxıldI - VƏZİYYƏTİ AĞIRDIR
    • 10-08-2019, 11:06
    • 1 084

4 yaşlı uşaq eyvandan yıxıldI - VƏZİYYƏTİ AĞIRDIR

Nəsimi rayonunda 4 yaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Nəsimi rayonu Hənifə Ələsgərov 11 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona hər iki almacıq və çənə sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. 4 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir (Report).