Bakıda marşrut avtobusuna HÜCUM OLUB, SÜRÜCÜ DÖYÜLÜB
    • 15-08-2019, 16:37
    • 764

Bakıda marşrut avtobusuna HÜCUM OLUB, SÜRÜCÜ DÖYÜLÜB

Bakıda marşrut avtobusuna hücum olub.

Hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır. //APA/