Bakıda evdən kişi meyiti TAPILDI
    • 15-08-2019, 17:40
    • 1 162

Bakıda evdən kişi meyiti TAPILDI

Bakıda evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Məmmədov Tofiq Qubal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.