USD 1.7
EUR 1.8842
TRY 0.2624
RUB 0.0214
  • Bakı 13°C
  • ŞUŞA 3°C
  • GƏNCƏ 10°C
  • LƏNKƏRAN 13°C
  • ŞƏKİ 10°C
  • QUBA 8°C
  • NAXÇIVAN 8°C

Azarkeşləri stadiondan “Neftçi” rəhbərliyi uzaqlaşdırıb? Klubdan açıqlama

HADİSƏ

Mətn ölçüsü

Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Neftçi" - "Sabah" matçı zamanı "ağ-qaralar"ın rəhbərliyi və baş məşqçi Roberto Bordin istefa səslənilib.
News24.az xəbər verir ki, bu təşəbbüslə "Neftçimaniya" fan-klubu çıxış edib.
Fan-klubun yaydığı bəyanata görə, istefa şüarlarından sonra matçın fasiləsində onlar polis tərəfindən stadiondan kənarlaşdırılıb. Azarkeşlər bu göstərişin klub rəhbərliyindən gəldiyini bildiriblər.
Saytımıza açıqlama verən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə bu iddianı təkzib edib. O, klub rəhbərliyi tərəfindən belə bir addım atılmadığını bildirib: "Azarkeşlər söyüş söyüb deyə, polis onlara xəbərdarlıq edib. Buna məhəl qoymadıqları üçün də polis onları tribunadan uzaqlaşdırıb"./Qafqazinfo/

Xəbəri paylaş: