Tək dağa çıxdı, köməksiz qaldı- Qubada olay
    • 20-08-2019, 09:31
    • 814

Tək dağa çıxdı, köməksiz qaldı- Qubada olay

Quba rayonunda dağlıq ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, bununla bağlı qurumun"112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşı təhlükəsiz əraziyə endirərək aidiyyəti üzrə təhvil veriblər.