Qubada meşədən sonra bu dəfə də 50 hektar taxıl sahəsi yandı
    • 20-08-2019, 23:43
    • 1 217

Qubada meşədən sonra bu dəfə də 50 hektar taxıl sahəsi yandı

Qubada biçilmiş taxıl sahəsində güclü yanğın baş verib. 
News24.az xəbər verir ki, yanğın rayonun Alpan kəndində qeydə alınıb. 
Sakinlərə məxsus 50 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb.
Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib ki, yanğın nəticəsində ərazidə Sovet dövründən qalan 10 alma ağacının ətrafındakı kol-kos da yanıb.
Yanğın 2 saat ərzində söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır./Oxu.az/