Taxta bazarında yanğın SÖNDÜRÜLDÜ - FOTOLAR - VİDEO - YENİLƏNİB - 3
    • 22-08-2019, 18:38
    • 1 535

Taxta bazarında yanğın SÖNDÜRÜLDÜ - FOTOLAR - VİDEO - YENİLƏNİB - 3

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.



Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tustudən böğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək. 



****
16:05 


Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a veriln məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.