Bərdədə qonşu olan oğlanla qız intihar etdi
    • 23-08-2019, 10:13
    • 1 780

Bərdədə qonşu olan oğlanla qız intihar etdi

Bu gün axşam saatlarında Bərdənin Qasımbəyli kəndində iki gənc intihar edib.

kənd sakini, 1990-cı il təvəllüdlü İlyasov Tural Xəqani oğlu özünü bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Eyni vaxtda həmin kənddə yaşayan 2000-ci il təvəllüdlü Əliyeva Bahar Əhliman qızı isə özünü asıb. İntihar edən şəxslərin Qasımbəyli kəndində qapıbir qonşu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/