Daha bir avtomobil oğurluğu - KEÇMİŞ MƏHBUS SAXLANILDI
    • 27-08-2019, 12:42
    • 1 107

Daha bir avtomobil oğurluğu - KEÇMİŞ MƏHBUS SAXLANILDI

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan News24.az-a verilən məlumata görə,  ötən gün Bakı şəhər sakini Afis Rəhimov  Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2104” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Ələt-Astara yolunda hərəkətdə olması aşkar edilib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil Ələt-Astara yolunun 97-ci kilometrliyində saxlanılıb. 

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Masallı rayon sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Toğrul Ağazadə olduğu müəyyən edilib.  Faktla bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində araşdırma aparılır.