Bərdədə yanğının söndürülməsinə polislərdən DƏSTƏK - FOTOLAR
    • 27-08-2019, 16:51
    • 660

Bərdədə yanğının söndürülməsinə polislərdən DƏSTƏK - FOTOLAR

Avqustun 26-da günorta saatlarında Bərdə rayonu Cumalar kəndindəki meşəlik ərazidə yanğın hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, hadisə yerində Bərdə Rayon Polis Şöbəsinin, FHN-in əməkdaşları və yerli sakinlər olublar.

Baş verən yanğının qarşısının alınmasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları fəal iştirak ediblər. Cumalar kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.