Bərdədə çətənə bitkisi yetişdirən şəxsdən SİLAH GÖTÜRÜLDÜ

Bərdədə çətənə bitkisi yetişdirən şəxsdən SİLAH GÖTÜRÜLDÜ
HADİSƏ

28 avqust 2019, 16:08

Mətn ölçüsü

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, avqustun 27-də polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 ədəd narkotik tərkibli çətənə bitkisi və çəkisi 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Axtarış zamanı həmçnin 1 ədəd 16 kalibrli tüfəng, 2 ədəd kalaşnikov sandıqçası və 58 ədəd müxtəlif növ patronlar aşkar edilərək götürülüb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.