“Volkswagen” yol ayırıcına çırpıldı - ÖLƏN VAR
    • 30-08-2019, 13:27
    • 740

“Volkswagen” yol ayırıcına çırpıldı - ÖLƏN VAR

Mərdəkanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.