Abşeronda 35 yaşlı kişi DƏNİZDƏ BOĞULDU
    • 7-09-2019, 13:04
    • 1 204

Abşeronda 35 yaşlı kişi DƏNİZDƏ BOĞULDU

Abşeronda 35 yaşlı kişi dənizdə boğulub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.