Bakı və Sumqayıtda ev yandı
    • 13-09-2019, 09:13
    • 1 280

Bakı və Sumqayıtda ev yandı

Bakı və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında 12 m² sahədə ev əşyaları qismən və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Sumqayıt şəhərində baş verib. Üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxində quraşdırılan su qızdırıcısı və mətbəx mebeli 3 p.m sahədə qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.