İsmayıllıda ayı kəndə hücum etdi — Yaralı var
    • 15-09-2019, 13:37
    • 988

İsmayıllıda ayı kəndə hücum etdi — Yaralı var

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

News24.az xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü  Rəsulov  İsmayıl  Yaqub  oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən  xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.