23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü

23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü Hadisə

Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

News24.az xəbər verir ki, Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət məqsədilə göl kənarına gedib. Məlumata görə, o, göldə çimərkən boğularaq ölüb.

Qeyd edək ki, Elvar Sarıyevin işləmək məqsədilə Polşaya getdiyi bildirilir./Unikal/