23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır Hadisə

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.

News24.az xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.

2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/