Şamaxıda maşın məktəblini vuraraq ÖLDÜRDÜ
    • 16-09-2019, 17:54
    • 968

Şamaxıda maşın məktəblini vuraraq ÖLDÜRDÜ

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Y.Nuriyev 3-cü sinif şagirdi olub.

Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub. /apa/