87 milyon istifadəçinin məlumatları sızdırıldı -
    • 23-09-2019, 10:22
    • 859

87 milyon istifadəçinin məlumatları sızdırıldı - "Facebook"dan ŞOK ADDIM

"Facebook" sosial şəbəkəsi barədə yeni məlumat yayılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə rəhbərliyi 69 min əlavəni bloklayıb. Buna səbəb isə həmin əlavələrin 87 milyon istifadəçinin məlumatını əldə etməsidir. 

Qeyd edək ki, "Facebook" iyul ayında istifadəçilərin məlumatlarının sızdırılmasına şərait yaratdığı üçün dövlətə 5 milyard dollar cərimə ödəyib. Şirkətin rəhbəri Mark Zukerberq həmin məlumatların reklam üçün əldə olunduğunu və başqa hər hansı bir işdə istə olunmayacağını bildirib.