Şamaxıda dəhşətli yol qəzası - bir nəfər öldü, digəri xəstəxanada
    • 24-09-2019, 10:24
    • 884

Şamaxıda dəhşətli yol qəzası - bir nəfər öldü, digəri xəstəxanada

Qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.