"Bıcaq artıq sümüyə dirənib..." - Fədayə Laçınla bağlı MARAQLI FAKTLAR
    • 27-09-2019, 17:29
    • 663

"Bıcaq artıq sümüyə dirənib..." - Fədayə Laçınla bağlı MARAQLI FAKTLAR

"Fədayə Laçının apellyasiya məhkəmə prosesi artıq neçənci dəfədir ki, təxirə salınır.  Biz bundan narazıyıq çünki burada araşdırmalıq bir şey qalmayıb"

News24.az-ın məlumatına görə bu sözləri məhkum müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı mətbuat konfransında söyləyib.

"Fədayə Laçını nə azad edirlər, nə də ki, cəzasını verirlər bu iş mənə artıq gülünc gəlir. Ona görə də, məcbur qaldım və sizə müraciət etdim. Ona qarşı heç bir humanist addım atılmayıb. Əslində bizim, ölkə başçımıza canab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etmək hüququmuz var, sadəcə olaraq bundan öncə məhkəmə işi bitməlidir. Fəaliyyətim dövrümdə belə bir hadisə ilə heç vaxt qarşılaşmamışam. Bıcaq artıq sümüyə dirənib. Orada səbəbsiz yerə azərbaycan qadını var. Ən azından onun qadın, ana, sənətçi, vətənpərvər ifaçı olması nəzərə almalıdırlar. Növbəti məhkəmə birinci gün, yəni ayın 30 baş tutacaq. Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Dərmanlar qəbul etsə də, həbsxana həyatı onun üçün dözülməzdir. Sabah səhhəti ağırlaşsa, kim cavab verəcək?Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır. Fədayənin cinayət törətmək fikri olmayıb. O, səmimiliyinin qurbanı olub. Hər dəfə polisə çağrılanda gedib, qaçmaq fikri olmayıb. Etibar Məmmədov qaçdığı andan ölümünə qədər Fədayə xanımla heç bir əlaqə saxlamayıb".

Qeyd edək ki, F. Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Sevda Bayramova