Nizami məqbərəsində körpüdən yıxılan qızın vəziyyəti açıqlandı - Fotolar/YENİLƏNDİ

Nizami məqbərəsində körpüdən yıxılan qızın vəziyyəti açıqlandı - Fotolar/YENİLƏNDİ Hadisə

Gəncədə 24 yaşlı qız Nizami məqbərəsində körpüdən yıxılıb

News24.az xəbər verir ki, hadisə şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.

Belə ki əslən Kəlbəcər rayon sakini hazırda Mingeçevir şəhərində yaşayan 2002-ci il təvəllüdlü Zinyət Əşrəfova Nizami Gəncəvinin məqbərə-kompleksinin körpüsündən yerə yıxılıb. Qadın dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gənc qadının vəziyyəti ilə bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qadının hansı şəraitdə körpüdən yıxılması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı bağlı aparılır.

Yaşar Araz

Nizami məqbərəsində körpüdən yıxılan qızın vəziyyəti açıqlandı - Fotolar/YENİLƏNDİ Nizami məqbərəsində körpüdən yıxılan qızın vəziyyəti açıqlandı - Fotolar/YENİLƏNDİ Nizami məqbərəsində körpüdən yıxılan qızın vəziyyəti açıqlandı - Fotolar/YENİLƏNDİ