Babək prospektində qəza oldu, azyaşlı ağır yaralandı
    • 2-10-2019, 23:41
    • 1 127

Babək prospektində qəza oldu, azyaşlı ağır yaralandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Babək prospekti ilə Lütfizadə küçəsinin kəsişməsində qeydə alınıb.

Musa Həsənovun idarə etdiyi 10-RR-964 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil Xəyal Abdullayevin idarə etdiyi OKA markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində OKA markalı avtomobil yolun kənarına aşıb və avtomobildəki biri azyaşlı olmaqla iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili yaralıları xəstəxanaya çatdırıb.

İlkin məlumata görə, azyaşlının vəziyyəti ağırdı.