Bakıda gəlin qayınanasının QIZILLARINI OĞURLADI

Bakıda gəlin qayınanasının QIZILLARINI OĞURLADI
HADİSƏ

04 oktyabr 2019, 13:34

Mətn ölçüsü

Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.