İçərisində sürücüsü olmayan avtomobil piyadanı vurdu
    • 5-10-2019, 20:24
    • 834

İçərisində sürücüsü olmayan avtomobil piyadanı vurdu

Gəncədə piyada vurulub. 
News24.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində binaların birinin qarşısında qeydə alınıb. İlkin məlumatlara görə avtomobil anidən hərəkətə gəlib və binanın qarşısından keçən 1943-cü il təvəllüldü Həsənov Ənvər Ədil oğlunu vurub.
Nətəcədə yaralı ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən 76 yaşlı piyadanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.