Körpüdə baş verən qəza tıxaca səbəb oldu
    • 5-10-2019, 22:38
    • 1 094

Körpüdə baş verən qəza tıxaca səbəb oldu

Ziya Bünyadov prospektində qəza baş verib.
News24.az xəbər verir ki, bu barədə
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib: "Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür".