Xalq artisti Ofeliya Sənaninin SON DURUMU açıqlandı
    • 7-10-2019, 10:18
    • 992

Xalq artisti Ofeliya Sənaninin SON DURUMU açıqlandı

Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

Mərkəzdən News24.az-a verilən məlumata görə, invaziv kardioloq Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.
Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. 

Mərkəzdən bildirilib ki, hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.