Bərdədə 3 otaqlı evdə YANĞIN
    • 7-10-2019, 14:04
    • 732

Bərdədə 3 otaqlı evdə YANĞIN

Bərdədə ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun Hacallı kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 84 m² sahədə, digər otağının qapısı və pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.