Sürücü piyadanı VƏHŞİCƏSİNƏ DÖYDÜ, PULUNU ƏLİNDƏN ALDI - BAKIDA
    • 8-10-2019, 11:40
    • 841

Sürücü piyadanı VƏHŞİCƏSİNƏ DÖYDÜ, PULUNU ƏLİNDƏN ALDI - BAKIDA

Bakıda döyülmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyin “102” Zəng-Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.