Binəqədidə “ВАЗ” markalı minik avtomobili ilə "КамАЗ" toqquşdu- ölən və yaralananlar var
    • 9-10-2019, 09:38
    • 1 409

Binəqədidə “ВАЗ” markalı minik avtomobili ilə "КамАЗ" toqquşdu- ölən və yaralananlar var

Bakı şəhərinin Binəqədi rayonunda “ВАЗ” markalı minik avtomobili ilə "КамАЗ" markalı yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.  

FHN-dən News24.az-a verilən xəbərə görə ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Afaq Mirayiq