Ölkəyə qaçaqmalçılıq yolu ilə 7200 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ

Ölkəyə qaçaqmalçılıq yolu ilə 7200 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ
HADİSƏ

09 oktyabr 2019, 12:16

Mətn ölçüsü

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrk Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 280" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd "King" və 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.