Piyadanı vurub hadisə yerindən qaçdı
    • 9-10-2019, 23:17
    • 1 135

Piyadanı vurub hadisə yerindən qaçdı

Bakının Binəqədi rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


News24.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.


Belə ki, İsmayılov Sənan Sevindik oğlu yolu keçərkən onu "VAZ 21011" markalı minik avtomobili vurub. Piyadanı avtomobillə vuran sürücü sonradan ərazidən yayınıb. Yaralı isə ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.