Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi
    • 10-10-2019, 00:56
    • 809

Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.


News24.az xəbər verir ki, axşam saatlarında Sumqayıtdan Bakı istiqamətində hərəkət edən 90-BX-650 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Bağlar massivi yaxınlığında qəzaya uğrayıb. Belə ki, idarətməni itirən sürücü avtomaşını dəmir arakəsmələrə çırpıb, sonra isə nəqliyyat vasitəsi yol kənarında olan işıq dirəyinə dəyib. Zərbənin gücündən avtomobil yararsız hala düşüb və sürücü xəsarət alıb.

 

O, ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb.


Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.