25-ci mərtəbədən yıxılan qadın sağ qaldı

25-ci mərtəbədən yıxılan qadın sağ qaldı Hadisə

Tailandda 26 yaşlı Alvarado adlı qadın yaşadığı binanın 25-ci mərtəbəsindən yıxılıb.

News24.az xəbər verir ki, məlumatı “The Thaiger” nəşri yayıb.

Hadisə qadının həyat yoldaşı ilə mübahisə etməsindən sonra baş verib. Qonşular Alvaradonun yıxıldığını görərək dərhal xilasedicilərə xəbər veriblər. Qadın hovuzun kənarında yaralı vəziyyətdə tapılıb və ciddi xəsarətlər almasına baxmayaraq, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, güclü külək yıxılmanı yumşaldıb və qadının sağ qalmasına kömək edib.

Hazırda polis hadisənin təsadüfi olub-olmamasını və ya həyat yoldaşının iştirakını araşdırır. Qadının həyat yoldaşı həbs olunub.