25 yaşlı müğənnini oteldə "tok vurub" öldürdü

25 yaşlı müğənnini oteldə "tok vurub" öldürdü Hadisə

25 yaşlı müğənni Qaurav Hindistanın Böyük Noida şəhərində yerləşən oteldə elektrik cərəyanı vurması nəticəsində ölüb.

News24.az xəbər verir ki, “India Today”in məlumatına görə, hadisə müğənninin sevgilisi ilə otelə getdiyi zaman baş verib. Qaurav dəhlizdə pəncərədən baxarkən təsadüfən 11 kilovoltluq yüksək gərginlikli elektrik xəttinə toxunub.

Güclü elektrik cərəyanı onun ölümünə səbəb olub. Hadisə otelin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Hadisə ilə bağlı polis araşdırma aparır. Müğənninin meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib