Zaqatalada evdən 5000 manatlıq qızıl OĞURLANDI
    • 11-10-2019, 10:28
    • 1 188

Zaqatalada evdən 5000 manatlıq qızıl OĞURLANDI

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.