Ağstafada sərnişin daşıyan mikroavtobus aşdı - 9 yaralı
    • 12-10-2019, 23:13
    • 669

Ağstafada sərnişin daşıyan mikroavtobus aşdı - 9 yaralı

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


News24.az -ın xəbərinə görə, Ağstafa-Poylu marşurutu üzrə sərnişin daşıyan "QAZel" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 9 nəfər xəstəxanaya müraciət edib. Onlara yardım göstərilib və evə buraxılıblar. 


Bunlar Quliyeva Pərvanə (1986), Nəsibov Vüsal (1982), Babayeva Gülrux (1956), Oruclu Zöhrəbəyim (1999), Cəlilova Zülfiyyə (2003), Orucova Tamella (1986), Kərimov Rəşad (2003, Muğalova Gülarə (1984) və Göyçəliyeva Pərvindir (1992).


Faktla bağlı araşdırma aparılır.